15.04.10
NEXUS-un sosial şəbəkə üzvləri arasında artıq bir aydan çox davam edən foto müsabiqə bitdi. Facebook sosial şəbəkəsinin NEXUS səhifəsində keçirilən istənilən mövzu üzrə foto müsabiqə aksiyası bu gün seçilmiş 10 nominant arasında qalibləri seçdi. Qaliblər şəbəkə üzvlərinin verdiyi səslər əsasıbda seçilmişdir.
Qaliblər:
1) Miri Muradov - http://www.facebook.com/mirfariz
2) Leyla Quliyeva - http://www.facebook.com/profile.php?id=100000521072150
3) Vüqar Baba - http://www.facebook.com/vugarbaba
4) Sura Sarıyeva - http://www.facebook.com/Sura.Sariyeva
Foto müqabiqə qalibləri NEXUS tərəfindən müxtəlif hədiyyələr qazanmışlar. Bununla yanaşı, qaliblər növbəti keçiriləcək müsabiqənin fəxri juri heyətinə daxil ediləcəklər.
Müsabiqə ilə bağlı NEXUS şirkətinin Marketinq şöbəsinin müdiri Malik Rəşidov-un şərhi:
Biz marketinq şöbəsi olaraq bu aksiyanı keçirtməyə qərar verdikdə əsas istəyimiz sosial şəbəkə üzvlərimizi səhifəmizdə daha aktiv olmaqlarını istəyirdik. Bununla yanaşı, səhifəmizi daha tanınmaq istəyi belə bir aksiya ilə üzvlər arasında maraq yaratmağa nail olduq. İstəyimiz baş tutdu. Bununla yanaşı, gözlədiyimiz məqamlar da oldu. Müsabiqə şəbəkə üzvləri üçün o dərəcədə maraq kəsb etdi ki, hətta, qeyri-şəffaf yollarla belə qalib olmağa can atanlar oldu.
Mən öz adımdan və NEXUS şirkətini adından bütün üzvlərimizə aksiyada iştiraklarına görə dərin minnətdarlığımı bildirirəm. Nominant və qalib üzvləri isə səmimi qəlbdən təbrik edir, hər zaman belə ictimaii, sosial aksiyalarda aktiv fərqlənmələrini arzu edirəm.