NEXUS BakuTel2009 sərgisində iştirak etmişdir.

4-7 noyabr tarixlərində NEXUS BakuTel2009 telekommunikasiya sərgisində iştirak etmişdir. Hər zaman olduğu kimi NEXUS yerli və ziyarətçi kimi iştirak edən xarici istehlakçılarına yeni məhsullarını təqdim etmişdir.

Sərgi stendi Ultra şirkətinin daxilində olan NEXUS yeni netbuk seriyası olan AİR modelini, məktəblilər üçün xüsusi netbuk modelini və bir sıra digər məhsullarını təqdim etmişdir. Sərgi iştirakçıları AİR modelini xüsusilə  çox bəyəndiklərini bildirmişlər.