11.10.10
“Nexus” şirkəti bazara ultra-kompakt quruluşlu kompüterin ən əlverişli variantını təqdim etdi. Əsas məqsəd - MS Office, İnternet, Sənəd dövriyyəsi, Skype, ICQ kimi gündəlik ofis tapşırıqlarını yerinə yetirməkdir. Nettop Nexus Fox modelinin hər şeydən öncə fərqləndirici xüsusiyyəti qənaətcil iki nüvəli Intel® Atom™ Prosessor 330 (1M Cache, 1.60 GHz, 533 MHz FSB) prosessorudur.
Onun da onun əsas üstünlüyü yığcam olmasıdır. Bu model prosessorlar 45 nm-lik texniki proses çərçivəsində istehsal olunur, cəmi 25 kvadrat milli metr sahə tutur və 47 milyon tranzistoru özündə birləşdirir. O cümlədən: yaxşı soyutma sistemi olan çox balaca keysə və diskret qrafik çipin sayəsində yüksək məhsuldarlıq potensialına malikdir. Modelin ön panelində bu portlar mövcuddur: Headphone Port, Microphone In, 2 USB portu, həmçinin SD/SDHC/MS/MS Pro/MMC yaddaş kartının dəstəyi ilə Card reader, daxili dinamik, işə salma və gözləmə rejimi düymələri.
Öz növbəsində arxa paneldə aşağıdakı portlar mövcuddur: xarici antenanın simsiz şəbəkə adapterinə qoşulması üçün konnektor, daha 4 USB portu, DVI portu, HDMI portu, rəqəmsal audio sistemi üçün Line out və S/PDIF Out portu, həmçinin RJ-45 şəbəkə konnektoru.
NetBox NT 330I dəstinə əlavə edilir: Şaquli vəziyyət üçün altlıq, nettopu monitorun arxasında yerləşdirməyə və bununla iş sahəsinə qənaət etməyə imkan verən LCD monitoruna dayaq; simsiz rabitə üçün antenna və drayver diskləri. Ayrıca olaraq qeyd etmək istərdik ki, əlavə diskə Windows XP əməliyyat sistemini dəstəkləyən drayverlər, həmçinin Windows emulyasiyası ilə Linux bazasında Fox OS sistemi daxil edilir.
Diqqətəlayiqdir ki, çox əlverişli qiymətə malik olan bu ultra-kompakt (hündürlüyü 25 mm, eni 135 mm və uzunluğu190 mm) nettopun ölçüləri bütövlükdə sistemin etibarlılığına və məhsuldarlığına heç bir təsir göstərmir, bu mükəmməl bir ofis kompüteridir.
FOXCONN NT330I NetBox NT-330I-0H0W-W-NA
| CPU | Intel® Atom™ 330 1,6 GHz |
| Video Qrafika | NVidia ION 512Mb |
| HDD | Support 2,5 SATA HDD |
| DIMM | Support DDR2 SODIMM |