26.02.10
Dünən NEXUS şirkəti “Tərəfdaşlar Proqramı 2009”-un nəticələrini açıqlamaq üçün rəsmi satış statusuna malik diler və distribütor şəbəkəsini bir araya gətirdi. Tərəfdaşlar Proqramı 2009-un nəticələri tədbirinə ULTRA şirkətinin nümayəndələri, Microsoft Azərbaycan və rəsmi satış nöqtələri olan “Baku Electronics”, “HB Computer”, “AzCom”, “Grand Computer”, “Samsung 14”, “Samsung 77”, “EKR”, “EuroMir”, “Enter”, “Sensus”, “Computer Line” və s. mağazaların nümayəndələri qatılmışdı. Tədbirdə əsas ilin satış göstəricilərinin nəticələrinə uyğun qaliblərin və qaliblərə təltif olunan hədiyyələrin verilməsi idi.
Tədbiri NEXUS-un satış direktoru Məhəmməd Zülfüqarlı açdı. O, “2009-ci ilin model sıralaması” təqdimatı ilə çıxış etdi. Daha sonra 2010-cı ildə NEXUS məhsullarında olacaq yenilikləri sadalamaqla çıxışını bitirdi. Çıxış zamanı təqdimat arası xüsusi hazırlanmış NEXUS-la bağlı 3 sual verildi ki, bu sualları düzgün cavablandıran “EKR” (Göyçay), “Sensus” (Şəki), “Computer Line” (Bakı) mağazalarının nümayəndələri olaraq, kiçik hədiyyələrlə təltif olundular.
Növbəti çıxışı NEXUS texniki servis mərkəzinin direktoru Viktoriya Melnik etdi. Servis mərkəzinin fəaliyyəti, zəmanət öhdəlikləri və zəmanətlə bağlı prosedura qaydalarına riayətlərlə bağlı təqdimat edildi.
Tədbirin əsas açıqlaması olan, 2009-cı ilin satış göstəricilərinə əsasən Tərəfdaşlar Proqramı üzrə qalibləri ULTRA şirkətinin ictimaiyyətlə əlaqələr və marketinq şöbəsinin direktoru Malik Rəşidov təqdim etdi. 1-ci yer “Baku Electronics”, 2-ci yer “HB Computer”, 3-cü yer isə “Samsung 14” olaraq göstəricilərinə əsasən hədiyyələr aldılar. Qısa müddət ərzində çox satış edən Neftçala üzrə rəsmi satış nöqtəsi “Grand Computers” tərəfdaşlar proqramının həvəsləndirici hədiyyəsini aldı. Daha sonra Malik Rəşidov 2010-cu il üçün “Tərəfdaşlar Proqramı”-nın şərtlərini açıqladı. Tədbirin sonunda isə bütün satış nöqtələrin 2010-cu il üçün rəsmi statusları açıqlandı.
2010-cı il üzrə rəsmi distribütorlar: “Proxima” (Gəncə), “HB Computer” (Naxçıvan MR )
2010-cı il üzrə eksklüziv diler: “Baku Electronics”
2010-cı il üzrə qızıl dilerlər: “Samsung 14” (Bakı), “Grand Computers” (Neftçala)
2010-cı il üzrə rəsmi dilerlər: “EKR” (Göyçay), “Enter” (Bərdə), “Sensus” (Şəki), “AzComp”, “Gold Electronics”, “Computer Line”, “Euro Mir”, “Razin”, “Samsung 77”, “Samsung 23”, “Computer Gallery”, “Home Credit”.
25 fevral, Bakı ş.


