NEXUS LED texnologiyalı televizorların istehsalına başlayacaq

İndiyə kimi LCD televizorlar ilə istehlaçıların təlabatını ödəyən Azərbaycanın ilk noutbuk istehsalçısı olan NEXUS şirkəti artıq növbəti aydan LED texnologiyalı televizorların istehsalına başlayacaqdır. 2004-cü ildən maye kristal ekranlı (LCD) tv-monitorlar yerli bazarın təlabatını ödəmiş, ən sərfəli qiymətlərlə indiyə kimi müştərilərin məmnuniyyətini qazanmışdır.

NEXUS şirkəti istehsal etdiyi məhsullarda daim yeni texnologiyaları tətbiq edərək, məhsullarını müasirləşdirir. NEXUS LED texnologiyalı tv-monitorların istehsal prosesinə başlayaraq növbəti aylar üçün istehlakçılara təqdim edəcəyini planlaşdırır.
Qeyd edək ki, NEXUS şirkəti LED texnologiyasını artıq AİR seriyasından olan netbuklarda tətbiq etmişdir.

 

weboxu.com