Intel Korporasiyası və ULTRA şirkəti yeni "SIGMA" əməkdaşlıq konsepsiyasının təqdim etdilər

Bakı, 17 mart 2006-cil il – Platforma sənayesinin nəhəngi Intel Korporasiyası və “Intel Premier Provider” statusunu daşıyan Azərbaycanın ULTRA şirkəti yeni "SıGMA" konsepsiyasına həsr edilmiş birgə konfransı keçirdilər.


"SIGMA" konsepsiyası bu Intel Korporasiyası və ULTRA şirkətinin birgə əməkdaşlıq proqramıdır. "SIGMA" konsepsiyasının əsas elementi Azərbaycanın ali məktəblərində Universitetlərdə Kompüter Biliyi Günləri Proqramının (“University Campus Program”) keçirilməsidir. Bu konsepsiya ən yeni informasiya texnologiyalarının təhsil sahəsində tətbiq edilməsinə istiqamətləndirilmişdir. Məsələn, Internetə simsiz giriş zonalarının açılması, ən yeni kompüter avadanlığın imkanlarının nümayişi, tələbələrə güzəştli və əlverişli qiymətlərə yeni ıntel® Centrino® Duo platformasının əsasında Nexus Duo noutbuklarını əldə etmək imkanının yaradılması və s. Kredit şərtləri yalnız Bakının ali məktəblərini yox, bütün respublika ali məktəblərini əhatə edir.

Bu proqram çərçivəsində ULTRA şirkəti Azərbaycan Dövlət İqtisad Universitetində Intel kompüter biliyi günlərini keçirir. Bakı şəhərində “Daha çox et, daha çoxa nail ol” 15 reklam lövhələri quraşdırılmışdır.

Intel Korporasiyasının Azərbaycandakı nümayəndəsi Əbülfəz Abiyev və ULTRA şirkətinin İcraedici Direktoru Zaur Məmmədzadə tədbirin iştirakçılarına "SIGMA" konsepsiyası haqqında məlumat verdilər.

Bu cür tədbirlər müasir kompüter texnologiyalarından təhsil prosesində istifadə paradiqmasını dəyişdirir.

2005-ci il ərzində ULTRA şirkəti Intel Korporasiyası ilə birgə Azərbaycanın 5 ali məktəbində Intel kompüter biliyi günlərini keçirtdi. Bu günə Azərbaycanın təxminən 250 min tələbəsi Intel Korporasiyasının kompüter texnologiyası sahəsində ən yeni işləri ilə taniş olmaq imkanı aldı.

"Şirkətimiz ən yeni texnologiyalar sahəsində daim irəlidə olmağa çalışır. Mobil fərdi kompüterlər üçün Intel® Centrino® Duo texnologiyasının əsasında yeni platformasının buraxılışı bizə istifadəçilərin həyatına zövq və keyfiyyət gətirən noutbukları yaratmaq üçün yaxşı imkanlar yaratdı, - ULTRA şirkətinin İcraedici Direktoru Zaur Məmmədzadə qeyd etdi. – Biz Azərbaycan bazarına çıxarılan yeni NEXUS noutbuklarında bu platformadan fəal surətdə istifadə etməyi niyyətindəyik".
"Mobil fərdi kompüterlər üçün yeni Intel® Centrino® Duo texnologiyası bu texnologiyanın əvvəlki nəsili ilə müqayisədə xeyli aşağı enerjinin sərf edilməsi zamanı məhsuldarlığın olduqca artmasını təmin edir. Buna görə də biz bü günə bu texnologiya iş və istirahətdə mobil stilin həvəskarları üçün son dərəcədə münasibdir ", – Z. Məmmədzadə qeyd etdi.

"Sonuncu iki il mobil sistemlər bazarı üçün sürətli inkişafına görə əlamətdar olmuşdur. Uzun müddət ərzində noutbuklar stolüstü kompüterlərinə məhsuldarlıq cəhətdən uduzurdu. Bu gün vəziyyət tamamilə dəyişib – müasir noutbuklar demək olar ki, ən yeni texnologiyaların nümayiş meydançasıdır ", - Əbulfəz Abiyev, Intel Korporasiyasının Azərbaycandakı nümayənəliyin başçısı, qeyd edir. "Müasir mobil sistemlərdə olan məhsuldarlıq əksəriyyət tapşırığın həyata keçirilməsi üçün artıqlaması ilə çatır. Intel® Centrino® Duo texnologiyası noutbuklarda çox çətin və geniş kompüter imkanlarını tələb edən tapşırıqları yerinə yetirməyi imkan yaradır. Cari ilin ikinci rübünün sonuna modellərin 80% mobil fərdi kompüterlər üçün Intel® Centrino® Duo texnologiyası əsasında hazırlanacaq ", - Ə. Abiyev qeyd etdi.