Bakıda ikinüvəli Intel® prosessoru əsasında NEXUS noutbukunun dünya premyerası

25 yanvar 2006-cı il tarixində Park Inn mehmanxanasının konfrans zalında Azərbaycan istehsalı olan yeni NEXUS DUO noutbukunun təqdimatı keçirilmişdir. Məhz bu gün ULTRA şirkəti – Azərbaycan kompüter bazarının lideri – mobil kompüterlər üçün “Intel® Centrino™ Duo” texnologiyası əsasında öz NEXUS noutbuklarının ən yeni modellərinin irəlilədilməsi üzrə planlarını elan etdi. Qeyd etmək lazımdır ki, bundan əvvəl MDB-də yeni platformanın buraxılması yalnız Moskvada baş vermişdir, beləliklə Bakı qurunun altıda bir hissəsində ikinci şəhər oldu ki, dünyanın IT sənayesinin yeniliklərinə qoşuldu.


Tədbirdə kütləvi informasiya vasitələrinin nümayəndələri, iri şirkətlərin və firmaların başçıları, vəzifəli şəxslər iştirak edirdi. Rabitə və İnformasiya Texnologiyaları Naziri əli Abbasov, Təhsil Naziri Misir Mərdanov, AR-nın Prezident Aparatının İnformasiya Resursları və Texnologiyaları şöbəsinin müdiri Elmir Vəlizadə, Azərbaycan İqtisad Universitetinin rektoru, Milli Məclisin deputatı şəmsəddin Hacıyev kimi yüksək vəzifəli şəxsləri xüsusi qeyd etmək istəyərdik. Təqdimatda Intel Korporasiyası tərəfində Intel Korporasiyasının MDB ölkələri üzrə Regional Direktoru Dmitri Konaş və marketinq şöbəsinin meneceri Yekaterina Melnikova iştirak edirdi.

Mərasimin təşkilatçıları – ULTRA şirkəti və Intel Korporasiyası – təqdimata konsert lazer və işıq avadanlığından və müxtəlif multimediya vasitələrindən istifadə etməklə şou elementlərini daxil edərək hazırlığı olmayan istifadəçilər üçün təqdimatı daha da anlaşılan və sadə etməyə çalışdılar.

«Şirkətimiz həmişə yeni texnologiyaların önündə getməyə çalışır. Mobil kompüterlər üçün yeni “Intel® Centrino™ Duo” platformasının buraxılması bizə istifadəçilərin həyatına zövq və keyfiyyət gətirəcək noutbukların yaradılması üçün yaxşı imkanlar verir, – öz çıxışında ULTRA şirkətinin Baş Direktoru Tahir Mirkişili qeyd etdi. – Biz Azərbaycan bazarına təqdim olunan ən yeni NEXUS noutbuklarında ondan fəal istifadə etmək niyyətindəyik».

«Intel Korporasiyası qarşısına innovasiyalı kompüter platformalarının hazırlanması məqsədini qoyub, – Intel Korporasiyasının MDB ölkələri üzrə Regional Direktoru Dmitri Konaş əlavə etdi. – Mobil kompüterlər üçün “Intel® Centrino™ Duo” texnologiyası əsasında platformalar mobil istirahət üçün inqilabi imkanlar yaradır və mobil əməkdaşlarının daha operativ və məhsuldar işləməsini təmin edir».

Rabitə və İnformasiya Texnologiyaları Naziri Əli Abbasov tədbir iştirakçılarına dövlətin kompüter və kommunikasiya texnologiyaları sahəsində siyasətindən söz açaraq son illərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uzaqgörən siyasi kursu nəticəsində bu sahəyə tam informasiya infrastrukturunun yaradılması üçün kifayət qədər böyük investisiyaların yönəldilməsini xüsusi qeyd etdi.

Təhsil Naziri Misir Mərdanov öz çıxışında ULTRA şirkətinin ölkənin təhsil ocaqlarının müasir kompüter texnikası və internet simsiz giriş nöqtələri ilə təchizində göstərdiyi səyləri xüsusi qeyd etdi.

Sonra isə Dmitri Konaş NEXUS Duo noutbukunun əsasını təşkil edən yeni “Intel® Centrino™ Duo” platformasının təqdimatı ilə çıxış etdi.


Noutbuklar üçün “Intel® Centrino Duo” platforması yeni 65-nanometrlik istehsalat texnologiya ilə hazırlanmış ikinüvəli “Intel® Core™ Duo” prosessoru (əvvəllər Yonah kodu altında tanınan) və “Intel® 945 Express” ailəsinin çipsetini özündə birləşdirir. Bundan əlavə platformanın tərkibinə “WiFi” standartlı şəbəkələrin məhsuldarlığının artırılmasını təmin edən və əməliyyatların sürətini və imkanlarını artıran yeni funksiyalar təklif edən simsiz şəbəkə “Intel® PRO/Wireless 3945ABG” adapteri daxildir.

Noutbuklar üçün “Intel® Centrino™ Duo” texnologiyası məhsuldarlığın əhəmiyyətli dərəcədə (70 faizdən çox) artmasını təmin etməklə yanaşı enerji istehlakını da əvvəlki nəsil texnologiya ilə müqayisədə 28% azaldır ki, bu da mobil istirahət və iş üçün ideal şərait yaradır. Nəticədə sistemin sürəti artır, müstəqil iş müddəti artır və innovasiyalı noutbuk modelləri yaratmağa imkan yaranır.

Mobil kompüterləri üçün “Intel® Centrino™ Duo” texnologiyası əsasında universal noutbuklar üçölçülü qrafikanın təkmilləşdirilmiş dəstəyə (əvvəlki nəsil texnologiya ilə müqayisədə iki dəfə daha məhsuldar qrafik yarımsistemə) malikdir və həmçinin, “HDTV” yüksək dəqiqlikli televiziya texnologiyasını dəstəkləyir. “Intel® High Definition Audio” texnologiyası isə 7.1 kanallı “Dolby Digital” səs sistemini təmin edir. Mobil kompüterləri üçün “Intel® Centrino™ Duo” texnologiyalı noutbuklar vasitəsilə istifadəçilər avtomobildə, kafedə və ya təyyarədə olarkən yüksək keyfiyyətli təsvirə və səsə malik musiqi, oyun, film dünyasına daxil ola bilərlər.

Noutbuklar üçün “Intel® Centrino™ Duo” texnologiyası müəssisələrə çoxtapşırıqlı mühitdə yüksək məhsuldarlıq və təkmilləşdirilmiş birgə iş imkanları, həmçinin, İP-telefoniya, İP-video əlaqə, müstəqil iş müddətinin artması sayəsində əməkdaşlarının iş məhsuldarlığının artırmaq imkanı verir. Bu platforma fərdi kompüterlərin idarə edilməsini və təhlükəsizliyini təkmilləşdirən innovasiyalı “Intel® Active Management” və “Intel® Virtualization” texnologiyalarını dəstəkləyir.

Noutbuklar üçün “Intel® Centrino™ Duo” texnologiyası əsasında platformaların komponentlərinin kiçik ölçüləri müxtəlif dizaynda, ölçüdə və çəkidə noutbuklar istehsal etməyə imkan verir. Yeni komponentlər noutbukun əvvəlki nəsil həllərinə nisbətən 1.2Vt daha az enerji sərf etməsinə imkan yaradır ki, bu da onu enerji qənaəti baxımından daha effektiv edir.

Çıxışlardan sonra ULTRA şirkətinin texniki mütəxəssisləri qonaqlara “DUO” texnologiyası əsasında yeni NEXUS noutbukunun daha köhnə “Sonoma™” və “Centrino™” platformaları ilə müqayisədə üstünlüklərini nümayiş etdirdi. Videofaylların emal sürəti və prosessorun yüklədilməsinin faizi üzrə testlər keçirilmişdir. Bunlar hamısı multimediya proyektorlarının ekranlarında real vaxt rejimində nümayiş etdirilmişdir. Bütün testlərdə üstünlük “DUO” tərəfində idi. Digər platformalar ilə fərq 30-60 faiz təşkil edirdi.

Təqdimatın sonunda elan edilmişdir ki, NEXUS Duo noutbukları 2006-cı ilin fevral ayından başlayaraq satışa buraxılacaq. İlin sonuna kimi NEXUS noutbuklarının bütün model sırasının yeni texnologiya ilə istehsal olunması planlaşdırılır.