25.01.05
19 yanvar 2005-ci il tarixində Bakı Biznes Mərkəzində (Milli parkda) mobil fərdi kompüterlər üçün ən yeni texnologiyanın – SONOMA platformasının - istehsalata buraxılmasına həsr edilmiş təqdimat keçirilmişdir.
Regionumuzda ilk dəfə ULTRA şirkəti bu müasir texnologiyanın istifadəsi ilə istehsal edilən NEXUS noutbuklarının yeni S 300 modelini təqdim etmişdir. Tədbirin təşkilatçıları Intel Korporasiyası və “Intel Premier Provider” statusuna daşıyan ULTRA (NEXUS) şirkətidir.
Bu təqdimat Intel Korporasiyasının bilavasitə dəstəyi ilə bütün dünyada eyni zamanda keçirilmişdir. O gün MDB-nin beş şəhərində eyni vaxtda jurnalistlərə və digər maraqlı şəxslərə SONOMA texnologiyası əsasında noutbuklar təqdim edilmişdir və Centrino texnologiyasına nisbətən əsas üstünlükləri haqqında danışılmışdır.
Həmçinin ULTRA şirkəti SONOMA texnologiyası əsasında yeni Sensus S 300 NEXUS noutbuku təqdim etmişdir. Qeyd etmək lazımdır ki, ULTRA şirkəti MDB-nin daxilində yeganə şirkətdir ki, bu layihədə öz milli brendi olan NEXUS noutbuku ilə iştirak edir.