Haqqımızda

2003-cü ildə Nexus ticarət markası Azərbaycanın İT bazarında müasir texnologiyaların inkişaf etdirilməsi məqsədilə yaradılıb. İlk dəfə olaraq bazara bir-birindən dizayn, texniki imkanlar və qiymətləri ilə fərqlənən uç noutbuk modeli təqdim edilmişdir.
İlk NEXUS noutbuk modeli olan NEXUS Prezident M xatirə olaraq Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə hədiyyə edilib.
Təsis olunduğu andan bu günə qədər biz öz işimizdə aşağıdakı prinsiplərə dayanırıq:
• Ən ciddi standartlara uyğun keyfiyyət;
• Məhsullarında İT-sənayesi sahəsində olan ən qabaqcıl texnoloji işləmələrdən və yeniliklərdən istifadə;
• İstifadəçiləri tez və keyfiyyətli dəstəklə təmin etmək üçün yüksək keyfiyyətli xidmətin yaradılması.
Hər bir insan zamanla ayaqlaşmağa səy göstərir. Buna görə də Nexus daim bir addım irəlidə olur ki, öz alıcılarına yeni nəslin məhsullarını təklif etsin.
Nexus bu gün – bu müasir kompüter və noutbuklar ev və ofis üçündür.
Nexus kompüterləri iki illik zəmanətlə təmin olunub.
Xırdalıqlara qədər düşünülmüş erqonomik dizayn, münasib qiymət siyasəti və milli üslubda qablaşdırılma - bütün bunlar Nexus məhsullarının fərqləndirici xüsusiyyətləridir.
Yerli bazarda istifadə olunan Nexus məhsullarının istismarına dair bütün sənədlər Azərbaycan dilinə tərcümə edilib.
Nexusun istehsalı ən son dünya işləmələri nəzərə alınmaqla təşkil edilib və məhsulun sabit keyfiyyətini təmin edir.
Keyfiyyətin menecment sistemi İSO 9001-2000 standartı üzrə sertifikatlaşdırılıb.
Bizim servisdə daim sizin köməyinizə yüksək ixtisaslı və sertifikatlaşdırılmış mütəxəssislərimiz gələcək.
Noutbuklar
Nexus noutbuklarının bir sıra modellərinin təsnifatlandırılması müştərilərimiz üçün texniki parametrlər və dizayn üzrə seçimi olduqca sadə və rahat edir. Bugünkü vaxt Nexus noutbukları aşağıdakı seqmentlərə bölünür:
Air – ofis üçün müəyyən üslublu, yüngül və enerjiyə qənaətcil seqmentə malik 13 düymlu noutbuklar
Atom – İnternetə rahat giriş, onlayn ünsiyyət və sadə ofis proqramları ilə işləmək üçün əla funksionallı mobil netbuk.
Azbook – model İntel platformasında ev və ofis üçün yığılmış 14 düymlu noutbuklarla təqdim edilib.
Sensus - həm ofis, həm də multimedia proqramları ilə işləyərkən maksimum rahatlığı təmin edən 15.4'' ölçülü açıq genişformatlı ekranı olan noutbuk
Sensus G – NVIDIA® GeForce™ diskret qrafiki və ya ATI çipsetlə 15.4 düymlu genişformatlı ekranı olan noutbukların seqmenti.
Vita – Gözəl rənglərlə bazara təqdim edilmiş müəyyən üslublu 12.1 düymlu noutbuk.
Zinc – Müasir üslublu portativ və İntel platformasında yığılmış metal plastik korpuslu 13.3 düymlu noutbuk.
Grand – Ayrıca qrafik stasiya şəklində istifadə üçün nəzərdə tutulan ayrıca NVIDIA® GeForce™ qrafikli 17" düymlu mükəmməl genişformatlı güclü noutbuk
Sentosa – Bu seqment daxili və güclü video adapterə malik olan və Core i7 prosessoru bazasında yığılmış noutbukdur. Həm dizaynerləri, həm də qeymerləri özünə cəlb edir.
2004-cü ilin sonundan etibarən bütün NEXUS noutbukları Wi-Fi naqilsiz şəbəkələrdə işləmək üçün daxili qurğu ilə təchiz edilib.
2007-ci ildə yığcam 12 düymlu Vita S modelli noutbuklar istehsal edildi. Bu noutbuklar yeni HSPDA modulunun və SİM kartın qoşulması üçün portun olması sayəsində mobil rabitə operatorlarının şəbəkəsi vasitəsi ilə internetə çıxış imkanını verir.
Habelə 2007-ci ildə qabaqcıl İntel texnologiyaları bazasında qurulmuş və ən yüngül Nexus SR noutbuku satışa çıxarıldı.
2007-ci il martın 29-da Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə imzalanmış memoranduma əsasən Ultra şirkəti nazirliyə 1000 ədəd NEXUS noutbuku təqdim etdi.
2008-ci ildə Nexus Intel Silverthorne az enerji işlətmə prosessoru bazasında yığılmış 7' və 12’ düymlu Tablet adlı yeni noutbuk xəttini istehsal etdi. Bu prosessorun arxitekturası Core 2 Duo-ya uyğun gəlir.
Həmçinin 2008-ci ildə Nexus yeni Sensuz modelini istehsal etdi. Bu modeli həm qrafik stansiya kimi, həmdə Sensus i oyun noutbuku kimi istifadə etmək olar. Sensus i modeli DDR 3 operativ yaddaşı dəstəkləyir və 512MB nVIDIA® GeForce® 9600M GT daxili video karta malikdir.
2009-cu ildə Nexus istehlakçıları yeni model olan Sensus AFT ilə tanış edir. Sensus ATF AMD Athlon prosessoru bazasında yığılır və 512 MB ATI Radeon™ X1270 qrafik akseleratora malikdir.
2010-cu ildə Nexus Grand adlı yeni modeli bazara təqdim edir. Bu modeldə aparat platforması kimi Intel® Core™ i5 520M prosessoru istifadə edilir. O, 4Gb DDRIII həcmli yaddaşa və Mobility Radeon™ HD 4570 512MB-lıq video adapterə malikdir.
2011-ci ildə Nexus şirkəti Intel Core i7 prosessoru bazasında Sentosa adlı güclü qrafik noutbuk istehsal etdi. Bu model qrafik həllər üçün yığılıb və onu qeymerlər, o cümlədən dizaynerlər məmnuniyyətlə qiymətləndirə bilər. Bu model nVIDIA® GeForce® GTX 285M daxili video karta, 4 Gb operativ yaddaşa və 1Tb massivdə birləşmiş iki sərt diskə malikdir. Bura üçüncü SSD sərt diski və əlavə video kart yerləşdirmək olar.
Intel Atom prosessoru bazasında və sensorlu ekranı olan planşetli noutbuk TABLET Z520. Bundan başqa onun əlavə üstünlükləri də potensial müştəriləri heyran edir – noutbuk zərbəyə və suyadavamlıdır. O, GPS naviqatora malikdir.
Personal kompüterlər
2004-cü ilin yanvar ayında şirkət Nexus ticarət nişanı altında personal kompüterlərin istehsalına başladı. Bu maşınların istehsal xətti müxtəlif amillər formasında yerinə yetirilib və eksklüziv dizaynla seçilir. Hər model İNTEL çipsetləri qrupunda İNTEL prosessorlarına və dünyanın aparıcı kompüter hissələri istehsalçılarının hissələrinə əsaslanır.
Norma - İşgüzar hesablamalarda və əlaqələrdə əsas tələbləri təmin etməyə yönəldilmiş və kiçik biznes sahəsində, dövlət və təhsil müəssisələrində istifadə üçün nəzərdə tutulmuş kompüterlərdir.
Avior – Qabaqcıl texnologiyalar bazasında yaradılmış və korporativ şəbəkələrdə işləmək üçün nəzərdə tutulmuş kompüterlərdir. Onları yüksək məhsuldarlıq, geniş funksionallıq və müxtəlif icra variantları fərqləndirir.
Avior Pro – Oyun və yaradıcılıq həvəskarları üçün kompüterlər. Rəqəmsal məzmunun emalı və yaradılması, o cümlədən müasir oyunları dəstəkləmək üçün qabaqcıl texnologiyalar, yüksək məhsuldarlıq və geniş imkanlar.
Mira – Ev üçün universal kompüterlər “qiymət / məhsuldarlıq/ funksionallıqla” bağlı optimal əlaqəyə malikdir və müasir multimedia-proqramlardan və oyunlardan istifadə üçün lazım olan hər şeyə malikdir. Yüksək məhsuldarlıq sayəsində onlar ən geniş tapşırıq dairəsi üçün istifadə oluna bilər.
Quadro – Ən yeni texnologiyalar üzrə yaradılmış kompüterlər ən yüksək məhsuldarlıq potensialına malikdir, kompüter oyunları və rəqəmsal əyləncələr üçün 3D-qrafiki və multimedia məzmununun işlənib hazırlanması üçün nəzərdə tutulub. Bu seriyadan olan PK müasir proqramlarla maksimal şəkildə rahat işləməyi təmin edir.
Extreme – 2008-ci ildə Nexus şirkəti bazara yeni personal kompüterlər xəttini «Hamısı birində» LCD PC təqdim etdi. Belə yenilik Extreme seriyası adını aldı və onun ekranının diaqonalı 19'dur.
Platforma İntel çipsetin üzərində qurulub və ona iki sərt disk yerləşdirməyə və onları RAİD massivdə birləşdirmək də mümkündür. Həmçinin onun kamerası və kart oxuyucusu da var.
Nettop – İntel Atom prosessoru bazasında və nVidia ION video kartı ilə personal kompüterlər xətti.
Onun ölçüləri və iş sahəsinə qənaət etməsi bizi sevindirir, çünki o, LCD panelinin arxa hissəsinə qoşula bilər.
LCD monitorlar
LCD-monitorlar ilk növbədə ofisdə işləmək üçün nəzərdə tutulub. Lakin NEXUS monitorlar üçün məhdudiyyət yoxdur! Ekranın yüksək seçim qabiliyyəti, mükəmməl rəng ötürməsi, xüsusi dizayn, yığcamlıq və multimedia imkanları LCD-monitorları hər yerdə, o cümlədən «Rəqəmsal evin mərkəzi» adlandırılan yerdə belə istifadə etməyə imkan verir.
LCD televizorlar
Telemonitorlar və LCD televizorlar evin və ofisin iç görünüşünü daha zəngin etməyə imkan verir.
Onlar mətbəx, yataq və konfrans zalı kimi kiçik otaqların iç görünüşünə çox yaraşır. Telemonitorlar və LCD televizorlar filmlərə DVD pleyerlərdə baxmağa imkan verir. Onlar məsafədən idarəetmə pultu və stereo dinamiklərlə təchiz edilib. İdarəetmə menyusu beş dili dəstəkləyir. 2010-cu ilin ortalarında Nexus yeni LED texnologiyalar üzrə LCD monitorların və LCD monitorların yeni xəttini istehsal etməyə başlayır.
Planşetlər
2011-ci ildə Nexus istehlakçının bütün tələblərinə cavab verən planşeti bazara təqdim etdi.
11.6” ölçülü sensor ekranlı DocPad planşeti Intel Piene View-M N450 prosessoru bazasındadır.
Bu model təkcə müasir dizaynı ilə deyil, həm də mini HDMİ çıxışının olması ilə fərqlənir.
Gələcəkdə yerli provayderlərin tezliyində işləyəcək olan DocPad-in Wi-Max şəbəkəli modelinin istehsalı planlaşdırılır.
Mobil daşıyıcılar
Maraqlı dizayn ilə yığcam USB daşıyıcılarıdır. Bugünkü gündə daşıyıcıların dörd modeli mövcuddur: mini USB Flash drive – böyük həcmli məlumatları asanlıqla daşımağa imkan verən rahat və funksional model, fırlanan qoruyucu qapaq ilə yığcam USB daşıyıcısıdır.
2004-cü ildə Nexus məhsulları «İlin Layihəsi» nominasiyasında İntellekt mükafatına layiq görülüb.
Missiyamız – hər bir kəsə olduqca mümkün və əlverişli dərəcədə uyğun kompüter texnikasını yaratmaqdır. Bu gün NEXUS markalı məhsullar Avropa və Asiyanın altıdan çox ölkəsinə uğurla ixrac edilir. NEXUS Azərbaycan regionlarında satış həcminə görə liderlər beşliyində öz yerini möhkəmləndirib.